AZ

YAP Samux rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aprelin 28-də YAP Samux rayon təşkilatı tərəfindən Əhmədbəyli kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Azərbaycan- Ukrayna münasibətlərində yeni mərhələ” mövzusunda partiya üzvlərinin iştirakı ilə görüş keçirilib.

 Öncə Ümummilli Lider Heydər Əliyevin  və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş  nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoymasının bariz nümunəsidir.  Qeyd edib ki, bu səfər təkcə siyasi əlaqələrin inkişafı baxımından deyil, eyni zamanda iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm zəmin yaradır.

Gündüz Bayramov vurğulayıb ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu, həyata keçirilən uğurlu xarici siyasət kursu ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Bu siyasətin təməlində isə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xətti dayanır və bu gün bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr  həmçinin bildirib ki, regionda baş verən proseslər fonunda Azərbaycan sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarı kimi çıxış edir və bu kimi rəsmi səfərlər dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Sonra çıxış edən partiya fəalları  Xaləddin İskəndərov, Səbuhi Nəsibov, Məhəbbət Şükürova  bildiriblər ki, Azərbaycan və Ukrayna arasında münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Qeyd ediblər ki, bu səfər iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, natiqlər  ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin regionda sabitliyin və inkişafın təmin olunmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
yeniazerbaycan.com

1Mənbələr