AZ

İkinci zolaqdan manevr edən sürücü yolu kəsdi 90 KU 444 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 24-də saat 20:46 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 90-KU-444 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü marketə daxil olmaq məqsədilə əvvəlcədən düzgün zolaqda yerləşməyib. Nəticədə o, ikinci zolaqdan qəfil sola manevr edərək yol kənarına çıxmağa çalışıb.

Bu zaman sürücü arxadan hərəkətdə olan nəqliyyat vasitələrinin axınına mane olub.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər manevrdən əvvəl zolağı düzgün seçməli, nişanlanma və yolun hərəkət istiqamətinə uyğun hərəkət etməli, həmçinin sola və ya sağa dönmə zamanı əvvəlcədən siqnal verməklə digər hərəkət iştirakçılarını xəbərdar etməlidirlər. Qəfil zolaq dəyişimi və düzgün olmayan manevrlər həm tıxaclara, həm də qəza riskinin artmasına səbəb olur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
avtosfer.az

1Mənbələr