AZ

Taliban bunu da etdi - Əfqanıstan elə dəyişəcək ki... - VİDEO

Taliban Türkmənistanla sərhəddə yerləşən Amudərya hövzəsində 5 yeni quyudan neft hasilatına başlayıb.

Musavat.com xəbər verir ki, bunu ictimai fəal Orxan Atabəy öz feysbuk hesabında bildirib.

498680130_33304382492493840_3380404469378348043_n.jpg

O qeyd edib:

"Məlumata görə, bu quyulardan gündəlik 500 kubmetr neft çıxarılması planlaşdırılır. 1960-cı illərdə sovet mütəxəssisləri tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində Amudərya hövzəsində böyük neft və qaz yataqları aşkar olunsa da, ölkədə onilliklər boyu davam edən müharibələr bu resurslara toxunulmasını qeyri-mümkün etmişdi. Təkcə Amudərya və Əfqan-Tacik hövzələrində ümumilikdə 1.6 milyard barel neft ehtiyatının olduğu təxmin edilir. Hazırda Çin şirkətlərinin texniki dəstəyi və investisiyası ilə həmin yataqlar aktivləşdirilməyə başlanıb. İşlər plan üzrə getsə, Əfqanıstan yanacaq idxal edən ölkədən, yanacaq ixrac edən ölkəyə çevriləcək".

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr