Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Aprelin 28-də Türkiyə-Ermənistan sərhədində zəlzələ qeydə alınıb.Bizim.Media xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətinin məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 16:02-də baş verib.Zəlzələnin maqnitudası 3,9 olub. Episentr Türkiyənin Qars şəhərindən 43 kilometr şimalda yerləşib.Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Episentrdə yeraltı təkanın gücü MSK-64 şkalası (Medvedev–Sponheuer–Karnik, 1964) üzrə 5 bal təşkil edib.Zəlzələ Ermənistanın Gümrü şəhərində və ətraf kəndlərdə 2-3 bal gücündə hiss olunub.Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.