AZ

Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Xarici siyasət uğurlarımızdan bəhs edərkən Azərbaycanınəməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyi, qarşılıqlı səfərlərfonunda artan nüfuzu xüsusi vurğulanır. Buna əmin olmaq üçün təkcəçari ilin ötən dövründə paytaxt Bakımızın ev sahibliyi etdiyitədbirlərin, həmçinin bu və ya digər ölkələrin dövlət və hökumətbaşçılarının Azərbaycana davamlı səfərlərinə diqqət yetirməkkifayətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun,Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bureallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgərəvvəlki illərdə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətəçatdırılması üçün bu və ya digər ölkələrə səfərlər edilirdisə, bugün Azərbaycanın müxtəlif mövzuda beynəlxalq tədbirlərə evsahibliyi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasınageniş imkanlar yaradır. Azərbaycanın sabit, təhlükəsiz, bugününmühüm reallığı olan sülh şəraitində yaşayan ölkə kimi tanınmasıxarici siyasət uğurlarımıza mütəmadi yeniliklər əlavə edir. Bubaxımdan tarixi Zəfərimizdən sonra əməkdaşlıq əlaqələrinincoğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır.

Bu gün diqqəti çəkən mühüm məqamlardan biri də artıq bu və yadigər ölkələrin dövlət və hökumət başçılarının paytaxt Bakı iləyanaşı, regionlarımızda, o cümlədən işğaldan azad edilmişərazilərimizdə qarşılanması, beynəlxalq tədbirlərin bu məkanlardakeçirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin ukraynalıhəmkarı Volodimir Zelenskindən sonra Çex Respublikasının Baş naziriAndrey Babişi Qəbələdə qarşılaması xüsusilə diqqət çəkir. Bu,regionların diplomatik mərkəz kimi artan rolunun təqdimatıdır. Ötənil Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ciZirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin stratejiəhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı vəŞuşa ilə yanaşı, Azərbaycanın yeni diplomatik-siyasi mərkəzi kimiformalaşır. Dövlət başçısı İlham Əliyev Çex Respublikasının Başnaziri Andrey Babişin iştirakı ilə Qəbələdə keçirilənAzərbaycan-Çexiya biznes-forumundakı çıxışında bildirdi ki, bugünküforum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədimparçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim QafqazAlbaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki,Azərbaycanın turizm paytaxtıdır. Çex Respublikasının Baş naziriAndrey Babiş isə öz növbəsində qeyd etdi ki, ən dinamik ölkələrdənbiri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə vəyeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumuüçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz arasındaəməkdaşlıq dərin və möhkəm təməllərə söykənir. Bu münasibətlərstrateji tərəfdaşlıq, siyasi, iqtisadi və mədəni sahələrdə uzunillərdir uğurla inkişaf edir. Çex Respublikası Azərbaycanınmüstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasındadiplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulub.Azərbaycanın Çexiyadakı səfirliyi 2005-ci ildə, ÇexiyanınAzərbaycandakı səfirliyi isə 2019-cu ildə təsis edilib. Prezidentİlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə AzərbaycanınÇex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyinedilib. “Azərbaycan Respublikası Hökuməti və Çex RespublikasıHökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrəQarışıq Komissiya” 2011-ci ildə yaradılıb. 2015-ci ildə isə Bakıda“Azərbaycan Respublikası və Çex Respublikası arasında StratejiTərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan ÇexRespublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və ikiölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələriəhatə edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasındaPraqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlıxarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkəninbeynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsionların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçılarısəviyyəsində qarşılıqlı səfərlərin dinamikliyi də bu münasibətlərinyüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, AzərbaycanPrezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib.Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Başnaziri isə bir dəfə səfərdə olub.

Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlərmünasibətlərdə yeni səhifə açır. Hər dövrün çağırışlarına uyğunolaraq müzakirələrin aparılması, yeni istiqamətlər üzrəəməkdaşlığın müəyyənləşdirilməsi, sənədlərin imzalanması əlaqələringələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. Prezident İlhamƏliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş iləkeçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, liderlərinmətbuata birgə bəyanatlarında ənənəvi sahələrlə yanaşı, yeniistiqamətlərdə də əlaqələrin qurulması geniş müzakirə edildi.Prezident İlham Əliyev vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsienergetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya vəAzərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyayaixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edənetibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı daqeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropaİttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olanölkələrə təbii qaz ixrac edir. Dövlətimizin başçısı İlham ƏliyevAzərbaycan-Çexiya biznes-forumunda onu da əlavə etdi ki, bizAzərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəalşəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, küləkvə hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcəplanlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.

Millət vəkili bildirib ki, Azərbaycan Çex Respublikası üçünstrateji tərəfdaşdır. Bu reallığı Çex Respublikasının Baş nazirixüsusi vurğuladı. Andrey Babiş bildirdi ki, buna görə də Avropaİttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhzAzərbaycana etdim. Dövlətimizin başçısı İlham Əliyev ikitərəfliəməkdaşlığın perspektivlərinə gəldikdə Avropa İttifaqından ilkkənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir AndreyBabişə minnətdarlığını ifadə etdi. Bildirdi ki, biz bunu dostluq,hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətənhər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardıkəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşıtərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığınbaşlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz,neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, sünizəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfliqaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatəedəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərəgeniş perspektivdən nəzər saldıq. Prezident İlham Əliyev onu daqeyd etdi ki, bu gün bir daha Çexiya-Azərbaycan dostluğu,əməkdaşlığı öz təsdiqini tapır və qarşımızda çox gözəlperspektivlər açılır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Çexiya Azərbaycanın 6-cı ən böyükixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cüyerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakımövqeyinin gücləndiyini nümayiş etdirir. Dövlətimizin başçısı İlhamƏliyev həm mətbuata bəyanatında, həm də Azərbaycan-Çexiyabiznes-forumundakı çıxışında Azərbaycanın iqtisadi uğurlarından,ölkəmizin biznes imkanlarından, əməkdaşlıq əlaqələriningenişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs etdi. Bildirdiki, son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞdolları yatırılmışdır və onun demək olar ki, yarısı xaricitərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi,əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa,heç bir iqtisadiyyat inkişaf edə bilməz. “Moody's” ReytinqAgentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayəreytinqi səviyyəsinə qaldırıb. Bütün bunlar Azərbaycana pulvəsaitlərinin qoyulması üçün münasib məkan olması barədəinvestorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik,sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətləməşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olanhər meyar var.

Millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi və siyasimüstəqilliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətiölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdəndir.Azərbaycan geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edilir.Azərbaycanın Avropa ilə yeni mərhələyə daxil olan münasibətləriuğurla davam edir. Çex Respublikasının Baş nazirinin Qəbələ səfəriAzərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimidəyərləndirilir. Enerji təhlükəsizliyi, alternativ təchizatmarşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfliəməkdaşlığın yeni konturlarını müəyyən edir.

Məqalədə:
Seçilən
56
7
az.trend.az

8Mənbələr