AZ

Turist azlığı sahibkarlara ağır zərbə vurur: Qəbələdə restoranlar çətin vəziyyətə düşüb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

İran müharibəsi qeyri-müəyyən vəziyyətdə qalıb. Döyüşlərin nə vaxt tamamilə kəsiləcəyi, bölgədə hava məkanının açılacağı bilinmir. Qonşu ölkədə müharibə getməsi Azərbaycanda turizmə sarsıdıcı zərbə endirib. Sahibkarlar çox çətin vəziyyətdə qalıb. İaşə obyektləri bir-birinin ardınca qapısına qıfıl vurmaq məcburiyyətində qalır. Bu sahədə gələcək xeyli dumanlı görünür.

Bizimyol.info xəbər verir ki, Bakıda, hətta şəhərin mərkəzində olduqca az turist gözə dəyir. Xüsusilə körfəz ölkələrinin vətəndaşları səyahət haqqında düşünə bilmir. Onların səfər etməməsi isə bizdə turizmin can verməsi deməkdir. İçərişəhərdəki, Nizami küçəsindəki iaşə obyektlərinin sahibləri tərəddüd içindədir. İşi davam etdirmək çox çətinləşib. Müştəri sayı kəskin azalıb. İşi tamamilə dayandırmaqla bağlı qərar vermək isə asan deyil. Çünki bölgədə hava məkanının açılması ilə bağlı tez-tez söz yayılır. Amma bu amil də xüsusi turist axını yaratmaya bilər. Çünki müharibə insanların gözünü qorxudub. Təhlükəsizlik qayğıları xeyli önə keçib.

Yaz aylarında Qəbələdə, adətən, turist bolluğu olurdu. İndi şəhər küçələrində təsadüfi hallarda əcnəbi görmək mümkündür. Restoranların əksəriyyəti fəaliyyətini dayandırıb. Xüsusilə, hind mətbəxi təqdim edənlər işi davam etdirə bilmir. Çünki Hindistandan xeyli az turist gəlir. Yalnız Qəbələ çayının kənarındakı obyektlər müəyyən qədər fəaliyyətini qoruya bilir. Bu əraziyə yerli turistlər də az maraq göstərmir. Təkcə turistlərə arxayın olan obyektlər isə işsiz qalıb.

Turzimçilər ümidini itirmir. Hətta belə söhbət var ki, mayda müharibə tam bitəcək, yollar “açılacaq”. Amma zaman da gedir, insanlar gəlirsiz qalıb. Turizm şirkətləri ciddi ixtisarlara getməli olub.

Ümumiyyətlə, Azərbaycanda ən çox turist axını yayda müşahidə edilir. Bu sahədə əsas mövsüm yaxınlaşır. Ortada isə böyük məyusluq var.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
bizimyol.info

1Mənbələr