Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Yeni tranzit marşrutların, nəqliyyat və ticarət yollarının formalaşdırılması Azərbaycanın tranzit potensialını Çexiya üçün daha da cəlbedici edir.
Son dövrlərdə Azərbaycan Avropa liderləri ilə dialoqu intensivləşdirərək enerji təchizatçısı imicini daha da gücləndirib. Bu isə Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın nəticəsidir. Çexiyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi ölkəmizin Azərbaycan-Avropa İttifaqı enerji və infrastruktur layihələrində vacib tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u Avropa İttifaqına üzvdür. Azərbaycan Çexiyaya qonşu olan ölkələrə də təbii qaz ixrac edir. Bu səbəbdən Çexiya mövcud enerji infrastrukturundan istifadəni daha məqsədəuyğun hesab edir".
Zeynəb Mustafazadə