Gürcüstanda Katolikos-Patriarx vəzifəsinə namizədlər müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Jagmaidze jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Müqəddəs Sinodun üzvləri tərəfindən üç namizəd irəli sürülüb. Bunlar Locum Tenens Şio, yepiskop İob və yepiskop Qriqoldur.
Bildirilib ki, namizədlərin seçilməsi səsvermə yolu ilə həyata keçirilib və növbəti mərhələdə yekun qərar veriləcək.
Xatırladaq ki, mart ayının 18-i Gürcüstanın Katolikos-Patriarxı II İlya vəfat edib. Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfat ilə bağlı İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb.
Aminə ŞAHSUVARQIZI