AZ

“Azərbaycan öz suveren ərazisində hərəkət edir” Erməni nazir Xankəndi ilə bağlı danışdı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan öz suveren ərazisində müəyyən hərəkətlər edir“.Bu sözləri Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan İctimai Televiziyada Xankəndində guya kilsənin dağıdılması ilə bağlı şərhində bildirib.“Qonşularla münasibətləri normallaşdırmaq prosesi zamanı, münasibətləri normallaşdırmaq istəyəndə, gündəmdə belə bir məsələ qaldırmaq səhvdir. Biz qonşumuzla sülh qurmağa çalışırıq. Düşünürəm ki, ehtiyatlı olmalı və belə addımlar atmamalıyıq”, – deyə o qeyd edib.Qeyd edək ki, Ermənistanın bəzi dairləri Xankəndində işğal zamanı tikilmiş bir sıra qeyri-qanuni tikililər ətrafında hay-küy qaldırmağa cəhd edir. (Azpost.info)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
demokrat.az

1Mənbələr