ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Norveç Ceffri Epşteyn ilə əlaqəsi olan keçmiş diplomatların istintaqında Fransa ilə əməkdaşlıq edəcək.
"Cebheinfo.az" xəbər verir ki, Norveçdə yayımlanan NRK radiosu "Okokrim"in (Norveç İqtisadi Cinayətlərin İstintaqı və Təqibi Xidməti) "Oslo sazişləri"nin memarlarından biri kimi tanınan norveçli keçmiş diplomat Terye Rod-Larsen və həyat yoldaşı Mona Yuulun Epşteyn ilə əlaqələrinə dair apardığı araşdırmada Fransa ilə əməkdaşlıq protokolu imzaladığını bildirib.
Xəbərə görə, imzalanan protokol çərçivəsində ölkələr istintaqla bağlı sübutları qarşılıqlı şəkildə paylaşa biləcəklər.
"Okokrim"in baş prokuroru Mariann Bender də yerli mediaya verdiyi açıqlamada Fransanın Epşteyn ilə əlaqəli şəxslərlə bağlı bənzər bir istintaq apardığını ifadə edib.
Bu arada, "Okokrim" Epşteyn sənədlərində adları keçən Rod-Larsen və həyat yoldaşı Yuul haqqında 2011-2018-ci illərdə Epşteyndən "mühüm dəyərə malik xidmət və mənfəət" təmin etdikləri əsası ilə araşdırma aparır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.