AZ

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukrayna Ali Radası hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün müddətinə uzadıb.

Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Qeyd edilib ki, müvafiq hüquqi rejim ən azı avqustun 2-nə qədər qüvvədə olacaq. Bu, genişmiqyaslı münaqişənin başlamasından bəri parlamentin sözügedən məsələlər üzrə artıq 19-cu səsverməsidir.

Qərarı Ukrayna parlamentinin 315 deputatı dəstəkləyib.

Seçilən
39
1
moderator.az

2Mənbələr