Bakı. Trend:
“Azercell Telekom” MMC müştərilərinin rəqəmsal təcrübəsini dahada zənginləşdirmək məqsədilə “Azercell” mobil tətbiqi çərçivəsində“Dostunla paylaş” funksiyasını təqdim edir.
Yeni funksiya tətbiq istifadəçilərinə digər Azercellabunəçilərini platformaya dəvət etməklə əlavə üstünlüklər qazanmaqimkanı yaradır. Bunun üçün istifadəçi tətbiq üzərindən özünə məxsusdəvət kodunu paylaşır. Dəvət olunan abunəçi tətbiqi yükləyərəkqeydiyyatdan keçir, müvafiq kodu daxil edir və 24 saat ərzindətətbiqin təklif etdiyi xidmətlərdən birini aktivləşdirir- məsələn,yeni tarifə qoşulma və ya mövcud paketin yenilənməsi. Bu şərtləryerinə yetirildikdən sonra hər iki tərəf üçün bonuslarhesablanır.
Hər uğurlu qoşulmaya görə dəvəti göndərən istifadəçi 3 AZN bonusəldə edir, tətbiqə yeni qoşulan abunəçilərə isə 5 GB həcmində aylıqinternet paketi hədiyyə edilir.
Azercell tətbiqin funksionallığını artıraraq xidmətlərindən dahasürətli və rahat yararlanmaq imkanını genişləndirməyə davamedəcək.