AZ

İstanbulda tarixi zəfər qazanan deflimpiyaçılar Vətənə dönüblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində Dünya Şotokan Federasiyasının (WSF) versiyasına uyğun keçirilən karate üzrə dünya çempionatında tarixi nəticə göstərən Azərbaycanın deflimpiya komandası Vətənə qayıdıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Deflimpiya Komitəsindən məlumat verilib. Qaliblər Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşğu ilə qarşılanıblar. İstanbulda təşkil edilən dünya çempionatında Hikmət Ağayev, Sahib Sahibli, Yusif Əzimzadə qızıl, Aytən Qədirova, Nizaməddin Əzimzadə gümüş, Əliəkbər Əlizadə və Elnur Qasımzadə bürünc medal qazanıblar.

Ölkəmizin dünya çempionatındakı ümumi medal sayı (3 qızıl, 2 gümüş və 2 bürünc) 7 olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
azertag.az

1Mənbələr