AZ

72 yaşlı qadının evdən meyiti tapıldı

Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.

Ucnoqta.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, 1954-cü il təvəllüdlü Kərimova Səidə Məhəmməd qızı yaşadığı mənzildə ölü vəziyyətdə aşkar edilib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Seçilən
38
ucnoqta.az

1Mənbələr