Tbilisi, 28 aprel, AZƏRTAC
Azərbaycan və Gürcüstan əksər məsələlərdə ortaq maraqlardan çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı sabiq səfiri, Acarıstan hökumətinin yeni seçilmiş sədri Zurab Pataradze söyləyib.
O, həmçinin deyib ki, postsovet məkanındakı əksər ölkələrin delimitasiya-demarkasiya ilə bağlı oxşar məsələləri var.
“Gürcüstan-Azərbaycan sərhədinə gəldikdə isə, bu məsələ ilə bağlı xarici işlər nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyalar yaradılıb. Ölkələrimiz ortaq maraqlardan çıxış edəcək. Bu maraq dostluq, ölkələr arasında münasibətlər adlanır. İki ölkə arasındakı dostluq, strateji tərəfdaşlığa cavab verəcək bir həll yolu mütləq tapılacaq”, - deyə o diqqətə çatdırıb.