AZ

ANONS EDİLDİ: Bu halda ölkədə iş saatları dəyişdiriləcək…

Yaz və yay aylarında havanın temperaturunun yüksəlməsi xüsusilə açıq havada çalışan şəxslərin sağlamlığı və əmək məhsuldarlığı ilə bağlı narahatlıqları gündəmə gətirir. Belə şəraitdə iş saatlarının qısaldılması məsələsi tez-tez müzakirə olunsa da, mövcud qanunvericilik və praktik tətbiqlər bu sahədə müəyyən çərçivələr müəyyən edir.

Bəs, yüksək temperatur fonunda iş rejiminin dəyişdirilməsi nə dərəcədə zəruridir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, havaların isti keçməsi ilə əlaqədar iş vaxtlarının tənzimlənməsi məsələsi artıq qanunvericilikdə öz əksini tapıb.

CROSSMEDIA

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, müəyyən edilən temperatur həddindən yuxarı şəraitdə, xüsusilə açıq havada çalışan işçilər üçün bir sıra güzəştlər nəzərdə tutulur. Qapalı məkanlarda fəaliyyət göstərənlər üçün isə vəziyyət fərqlidir. Əgər iş yerlərində sərinləşdirici qurğular mövcuddursa, bu zaman əmək fəaliyyəti adi qaydada davam etdirilir. Bu yanaşma həm beynəlxalq təcrübəyə, həm də Azərbaycan qanunvericiliyinə uyğundur”.

Partiya sədri əlavə edib ki, hazırda bu istiqamətdə hər hansı yeni dəyişiklik və ya geniş müzakirə aparılmır. Onun sözlərinə görə, eyni zamanda yaxın dövrdə anomal istilərlə bağlı rəsmi xəbərdarlıqlar da verilməyib. Beləliklə, mövcud qaydalar çərçivəsində yaz və yay aylarında iş rejiminin tənzimlənməsi əsasən iş şəraitindən və temperatur səviyyəsindən asılı olaraq həyata keçirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
18
1
konkret.az

2Mənbələr