AZ

Qohum evliliyi qadağasını pozanları nə gözləyir? - AÇIQLAMA

Qohum

Raxshanda

Müəllif

Raxshanda

Bildiyimiz kimi, qohum evlilikləri qanunvericiliklə qadağan olunub. Lakin bəzi hallarda bu qaydanın pozulduğu da müşahidə edilir.Bəs bu qadağanı pozan vətəndaşları hansı hüquqi məsuliyyət və cəzalar gözləyir?Ulusum.az xəbər verir ki, redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirib ki, qohum evlilikləri qanunvericiliklə qadağan edilib və bu sahə nikaha daxilolma prosedurları vasitəsilə tənzimlənir:"Belə ki, nikah üçün müraciət edən şəxslərin qohumluq dərəcəsi aidiyyəti dövlət orqanları tərəfindən yoxlanılır. Əgər tərəflər arasında qan qohumluğu müəyyən edilərsə, onların rəsmi nikaha daxil olmasına icazə verilmir. Bununla belə, bəzi hallarda şəxslər rəsmi nikaha daxil olmadan, faktiki nikah şəraitində birgə yaşayırlar. Qanunvericilikdə faktiki nikahla bağlı ayrıca qadağa mexanizmi nəzərdə tutulmayıb. Daha dəqiq desək, İnzibati Xətalar Məcəlləsində qohum şəxslərin faktiki nikah münasibətlərinə görə məsuliyyətə cəlb olunmasını nəzərdə tutan hər hansı xüsusi maddə mövcud deyil".Müsahibimiz qeyd etdi ki, qanunvericilik əsasən rəsmi nikahın qarşısını almağa yönəlib, belə hallarda dövlət həmin münasibətləri hüquqi baxımdan tanımır və bu səbəbdən də əlavə inzibati cəza tədbirləri tətbiq edilmir.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu

Azərbaycan–BƏƏ əlaqələri genişlənir

Seçilən
21
2
ulusum.az

3Mənbələr