

Müəllif
Raxshanda
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir.Baş Prokurorluğun Mətbuat xidmətindən Ulusum.az-a verilən məlumata görə, səfər çərçivəsində, Baş prokuror Kamran Əliyev Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olub, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Səfirliyin heyəti ilə görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə barədə fikir mübadiləsi aparıb.Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərinə işgüzar səfər edib.Səfər çərçivəsində Kamran Əliyev Azərbaycanın Mərakeş Krallığındakı səfirliyini ziyarət edərək, Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və səfirlik əməkdaşları ilə görüşüb.Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Mərakeş Prokurorluğunda keçirilən görüşdə Kamran Əliyev İlham Əliyev və VI Məhəmmədin siyasəti nəticəsində münasibətlərin daha da möhkəmləndiyini bildirib.Hicham El Blaoui Azərbaycan prokurorluğunda aparılan islahatları yüksək qiymətləndirərək, xüsusilə rəqəmsallaşma sahəsində təcrübə mübadiləsinə maraq göstərdiklərini qeyd edib.Səfər çərçivəsində tərəflər gələcək əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanması ilə bağlı razılığa gəliblər və görüşlər davam edir.
Diqqət Çəkənlər
Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub
Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu
Azərbaycan–BƏƏ əlaqələri genişlənir