AZ

Polşa arxeoloq Butyagini Rusiyaya təhvil verib

Rusiyalı arxeoloq Aleksandr Butyagin Belarus-Polşa sərhədində əsir mübadiləsi çərçivəsində Rusiyaya qaytarılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, əsir mübadiləsi aprelin 28-də “5-in 5-ə” formatında baş tutub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, iki Rusiya vətəndaşı – arxeoloq Butyagin və Dnestryanıda sülhməramlı kimi xidmət edən rus hərbçisinin həyat yoldaşı ölkələrinə qaytarılıb. Onlar kəşfiyyat məqsədilə Rusiyaya gələn iki Moldova xüsusi xidmət zabiti ilə dəyişdiriliblər.

Butyagin 2025-ci ilin dekabrında Kiyevin tələbi ilə Polşada saxlanılıb. Onun Ukraynaya ekstradisiya edilməsi planlaşdırılıb. Rusiya xüsusi xidmət orqanından verilən açıqlamada bildirilib ki, mübadilə FSB və Belarus Dövlət Təhlükəsizlik Komitəsinin çox mərhələli əməliyyatı nəticəsində baş tutub.

Moldova Prezidenti Maya Sandu isə bildirib ki, Kişinyov dövlətə xəyanətdə ittiham olunan Rusiya vətəndaşı Nina Popova və Moldova vətəndaşı Aleksandr Balanı xüsusi xidmət zabitləri müqabilində Moskvaya təhvil verib. Balan Moldova xüsusi xidmətinin keçmiş direktor müavini olub. O, 2025-ci ildə Rumıniyada dövlət sirlərini Belarusa ötürməkdə şübhəli bilinərək saxlanılıb.

Seçilən
80
2
apa.az

3Mənbələr