AZ

Gürcüstanda yaşayan soydaşlarımız Tbilisidə keçirilən festivalda uğur qazanıblar

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tbilisi, 28 aprel, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) gimnastları “Tbilisi Gimnastikası” açıq festivalında uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Gimnastika Federasiyasının təşkil etdiyi tədbirin məqsədi gimnastikanın inkişafı və populyarlaşdırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, təcrübə mübadiləsi, gənc idmançıların motivasiyasının artırılması və onların peşəkarlığının yüksəldilməsidir.

GAİM-i təmsil edən gimnastlarımız yüksək nəticələr göstərərək medal və diplomlara layiq görülüblər.

Tbilisi şəhərində, Gürcüstan Gimnastika Arenasında keçirilən festivalda Gürcüstanla yanaşı Azərbaycan və Litvadan olan idmançılar da iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
azertag.az

1Mənbələr