AZ

FHN Ağdamda qaz təchizatı sistemlərinin təhlükəsizliyi ilə bağlı tədbir keçirib

FHN

Raxshanda

Müəllif

Raxshanda

Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə qaz təchizatı sistemlərində təhlükəsizlik və texniki etibarlılıq mövzularına həsr olunmuş “Enerji təhlükəsizliyi görüşü: qaz təchizatında texniki etibarlılıq” adlı tədbir keçirilib.Ulusum.az-a nazirlikdən verilən xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd enerji sektorunda təhlükəsizliyin sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın artırılması, potensial risklərin kompleks idarə edilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.Görüşdə qaz şəbəkələrində təhlükəsizlik, texniki istismar, preventiv xidmət, SƏTƏMM prinsipləri və dövlət-özəl sektor əməkdaşlığı müzakirə edilib. Tədbirdə 50-yə yaxın mütəxəssis və qurum nümayəndəsi iştirak edib.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Demensiyadan qoruyan ideal yuxu müddəti məlum oldu

Azərbaycan–BƏƏ əlaqələri genişlənir

Seçilən
23
ulusum.az

1Mənbələr