AZ

Emmanuel Makron PSJ “Bavariya“ matçının hesabını proqnozlaşdırdı

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Bavariya" qarşılaşması barədə proqnozunu bölüşüb.

Moderator.az "L'Equipe" nəşrinə istinadən xəbər verilir ki, dövlət başçısı Paris klubunun qələbəsinə inandığını bildirib.

Əslində "Olimpik Marsel" azarkeşi olduğunu gizlətməyən E.Makron beynəlxalq arenada ölkə təmsilçisini dəstəklədiyini vurğulayıb:

"Mən "Marsel" azarkeşiyəm, lakin bu gün PSJ oynayır və mən onları dəstəkləyəcəyəm! Hesabın 3:1 Paris klubunun xeyrinə olacağını düşünürəm".

Qeyd edək ki, bu gün Parisdə tərəflər arasında ilk matç keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
moderator.az

2Mənbələr