Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Naxçıvan Biznes Mərkəzində mayın 1-i saat 10:00-da növbəti əmək yarmarkası keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarmarkada 30-dan çox işəgötürən üzrə 150-dən çox vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Müxbir - Nail Əsgərov