AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada 36-cı Ali Səviyyəli Toplantısını keçirib (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans”İnstitutu ilə əməkdaşlıq çərçivəsində 27-28 aprel 2026-cı iltarixlərində Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali SəviyyəliToplantısını təşkil edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Qərbi Balkanlar yenitəhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr ediləntədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalqtəşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər vənüfuzlu ekspertlər iştirak ediblər.

Toplantı çərçivəsində Sloveniya Respublikasının PrezidentiNataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcudvəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti,“Friends of Western Balkans” İnstitutunun təsisçisi və NizamiGəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də Mərkəzindigər üzvləri – Xorvatiyanın sabiq Prezidenti KolindaQrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxışedərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik vəAvropa perspektivinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya vəAlmaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər.Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıyaqatılıb.

Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlikgeosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənməprosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi vətəhlükəsizlik vəziyyəti geniş şəkildə müzakirə olunub. Bununlayanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionunsabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimixarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikirmübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkanölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraqonların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləriirəliləyişlər və mövcud çətinliklər daha dərindən təhliledilib.

Tədbir çərçivəsində Mərkəzin Baş katibi SloveniyaRespublikasının Prezidenti, Albaniya parlamentinin spikeri,Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və BorutPahor ilə ikitərəfli görüşlər keçirib

Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Seçilən
75
2
az.trend.az

4Mənbələr