AZ

Birləşmiş Ərəb Əmirliklərindən çok qərar: İki neft alyansından eyni vaxtda çıxır

Birləşmiş Ərəb Əmirlikləri Neft İxrac edən Ölkələr Təşkilatı olan OPEK, həmçinin neft hasilatı və bazarını tənzimləmək üçün yaradılan OPEK+ alyansından çıxır.

Musavat.com xəbər verir ki, gündə təxminən 3-3,5 milyon barel neft hasil edən BƏƏ 1 may tarixindən etibarən hər iki qurumda fəaliyyətini dayandırdığını elan edib. Ölkənin qərarını BƏƏ-nin energetika naziri Süheyl Əl Məzrui elan edib: "Bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də hazırkı və gələcək gücünün hərtərəfli nəzərdən keçirilməsindən sonra qəbul edilib və milli maraqlarımıza, təcili bazar ehtiyaclarını effektiv şəkildə ödəmək öhdəliyimizə əsaslanır".

BƏƏ hökuməti vurğulayıb ki, "Ərəb körfəzi və Hörmüz boğazındakı fasilələr də daxil olmaqla qısamüddətli dəyişkənlik təchizat dinamikasına təsir göstərməyə davam etsə də, əsas tendensiyalar orta və uzunmüddətli perspektivdə qlobal enerji tələbatının davamlı artımına işarə edir".

Qeyd edək ki, OPEK 1960-cı ildə yaradılıb, BƏƏ ona 1967-ci ildə üzv olmuşdu. Ölkə təşkilatın ən nüfuzlu və aktiv üzvlərindən biri idi. Onun OPEK-dən çıxması bütövlükdə təşkilatın gələcəyini sual altına alan hadisə hesab oluna bilər.

OPEK+ isə 2020-ci ildən bəri neft hasilatını azaltmaqla bazarda qiymətlərin tənzimlənməsində mühüm rol oynayırdı. BƏƏ bu alyansda da əhəmiyyətli rolu ilə fərqlənib.

BƏƏ-nin neft hasilatını qiymət baxımından tənzimləmək sahəsində mühüm rolu olan iki qurumdan çıxması yaxın gələcəkdə bazara neft təklifinin kəskin axınına səbəb ola bilər. Belə ki, BƏƏ-nin ardınca başqa ölkələr də neft hasilatını planlı azaltmaq siyasətinə görə təşkilatlardan çıxmağa həvəslənəcək.

 Musavat.com

 

Seçilən
27
musavat.com

1Mənbələr