AZ

NATO dağıla bilər -Sabiq nazirdən XƏBƏRDARLIQ

NATO transatlantik bir ittifaq kimi fəaliyyətini dayandıra bilər.

Redaktor.az xəbər verir ki, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer bu barədə ölkənin "Der Spiegel" qəzetinə verdiyi müsahibəsində bildirib.

Almaniya XİN-in sabiq rəhbəri vurğulayıb ki, Avropada ABŞ-a olan etimad artıq itirilib və yaxın gələcəkdə "onu geri qaytarmaq mümkün deyil". Onun fikrincə, NATO-nun sabitliyi məhz bu etimad üzərində qurulmuşdu.

"Gələcəkdə biz sadəcə olaraq ABŞ-yə arxalana bilmərik. NATO-nun, ən azından transatlantik ittifaq kimi sağ qalmayacağını ehtimal etməyə cürət edirəm. Hesab edirəm ki, 'Avropa NATO-sunun' mövcudluğunu davam etdirməsi ağlabatan olardı", - deyə Fişer qeyd edib.

Eks-nazirin sözlərinə görə, Avropa üçün "ən sadə həll yolu" bir "istəklilər koalisiyasına" güvənmək olacaq və bu səbəbdən qitədə Fransa ilə Almaniya "əvəzolunmaz" qüvvəyə çevriləcəklər.

Xədicə BAXIŞLI

Seçilən
59
1
redaktor.az

2Mənbələr