AZ

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı yenilik

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsilmüəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digərdildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədrisdili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, qaydalarda V-VII siniflər üzrə müsahibəninhansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, V-VII siniflər üzrə müsahibə zamanı şagirdin tədrisdilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasındaqiymətləndiriləcək:

  • dinləyib-anlama bacarığı

Şagird mətni dinləyərkən əsas faktları və fikirləri qeyd edərəkümumiləşdirməli, dinlədiyi mətni mövzu, məzmun, struktur və ideyabaxımından şərh etməli, dinlədiyi mətndəki obraz, hadisə vəfikirlərə münasibət bildirməli və əsaslandırmalıdır.

  • oxu bacarığı

Şagird mətni oxuyarkən müvafiq səs tonu seçməli, mətndəkiməlumatları və onların ardıcıllığını müəyyənləşdirməli, kontekstdənçıxış edərək mətndə tanış olmayan söz və ifadələrin mənasını,faktlar və hadisələr arasındakı əlaqəni müəyyən etməli, müxtəlifmətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə etməlivə yaradıcı yanaşmalıdır.

  • danışma bacarığı

Şagird müzakirə və debatlarda tolerantlıq nümayiş etdirməli vədanışanın fikrinə rəy bildirməli, şəkil və qrafik informasiya üzrəmətn qurub nəql etməli, şifahi nitqində yeni öyrəndiyi sözlərdənkontekstə uyğun istifadə etməli, danışarkən səs tonunutənzimləməli, pauza və məntiqi vurğudan, intonasiya, jest vəmimikadan istifadə etməlidir.

  • yazı bacarığı

Şagird yazısında fikir və məlumatların ardıcıllığına (xronoloji,qeyri-xronoloji, səbəb-nəticə) riayət etməli, yazısında ədəbi dilinnormalarına əməl etməlidir.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballartoplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun balmüəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagirdmüsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibəninnəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektronkabinetə göndərilir.

Seçilən
69
8
az.trend.az

10Mənbələr