AZ

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Podqoritsa şəhərində Azərbaycan Respublikası və MonteneqroXarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrinnövbəti raundu keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumatverilib.

Bildiirlib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlərnazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isəXarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviçrəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrəsiyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasidialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərinəhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm vəhumanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafperspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilənstrateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələraparılıb.

Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətindəmövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcədə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıninkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinədiqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmişərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurmavə minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuranbeynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Monteneqronun digər birsıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə dəMonteneqro Universitetində dəyirmi masa formatında keçirilənmüzakirələrdə iştirak edib.

Seçilən
68
19
az.trend.az

10Mənbələr