AZ

Mərkəzi Bank Azərbaycanın bank sektorunda atılacaq növbəti addımları müəyyənləşdirib

Bakı.Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “2024–2026-cıillər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2025-ci ilüzrə icra statusu haqda hesabatında bank sektorunda atılacaqnövbəti addımları müəyyən edib.

Bu barədə TrendAMB-yə istinadən xəbər verir.

Məlumata görə, risk əsaslı tənzimləmə və nəzarət modelinə uyğunolaraq nəzarət proseslərinin təkmilləşdirilməsi planlaşdırılır.

Eyni zamanda bank nəzarəti çərçivəsinin Bazel Əsas Prinsiplərinəuyğunluq səviyyəsinin artırılması istiqamətində uzunmüddətlilikvidliyinin idarə edilməsinə dair tələblərin tətbiqi nəzərdətutulur. Bundan başqa, bank rezolyusiyası üzrə qanunvericilik vənormativ çərçivənin təkmilləşdirilməsi, ICAAP implementasiyası üzrətələblərin hazırlanması və banklara dəstək planlaşdırılır.

Qeyd olunur ki, alternativ maliyyə alətləri üçün müvafiqtənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılması,həmçinin bəzi SupTech həllərinin tətbiqi planlaşdırılır.

Bundan əlavə, AMB öz hədəfləri sırasına İslam bankçılığıməhsullarına çıxışın genişləndirilməsi perspektivlərinin müəyyənedilməsini və kənd təsərrüfatı şirkətlərinin maliyyələşdirilməimkanlarının artırılmasını, xüsusilə mikro, kiçik və ortasahibkarlıq müəssisələrinə xüsusi diqqət yetirilməsini daxiledib.

Məqalədə:
Seçilən
93
az.trend.az

1Mənbələr