AZ

“Tramp marşrutu” Ermənistana necə gəlir gətirəcək?

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanda fəaliyyət göstərən “Apaven” şirkətinin rəhbəri Qaqik Ağacanyan bildirib ki, “Sülh kəsişməsi” layihəsi çərçivəsində nəzərdə tutulan “Tramp marşrutu” iqtisadi baxımdan gözlənilən gəliri verməyə bilər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu marşrut üzrə 40 kilometrlik hissədə dəmir yolu ilə 1 ton yükün daşınmasından əldə edilən gəlir cəmi 1 dollar civarında olacaq.

Bu da layihənin səmərəliliyini zəiflədən amil kimi qiymətləndirilə bilər. Ekspert qeyd edib ki, layihə ümumilikdə müsbət təşəbbüs olsa da, son 2,5 ildə praktiki mərhələyə keçməyib və əsas maneə siyasi amillərdir. Hazırda real irəliləyiş yalnız “Şimal–Cənub” avtomobil magistralında müşahidə olunur.

Ağacanyan əlavə edib ki, Ermənistanın logistik potensialı kifayət qədər yüksəkdir və ölkə region üçün mühüm nəqliyyat mərkəzinə çevrilə bilər. TRIPP layihəsi də bunun bir hissəsidir. Lakin bunun üçün xüsusilə sərhədlərin açılması və infrastruktur layihələrinin real icrasına başlanması vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
axar.az

1Mənbələr