AZ

Trampın İran siyasəti kifayət deyil Sabiq Müşavirdən TƏNQİD

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və müttəfiqlərinin maraqlarını qorumaq üçün İrandan gələn nüvə təhlükəsi "aradan qaldırılmalı", onun "iqtisadi şantaj" imkanları və "terror potensialı" məhv edilməlidir.

Redaktor.az bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton "Wall Street Journal" üçün yazdığı məqalədə bildirib.

O vurğulayıb ki, vaxtilə İraqda olduğu kimi, İran üçün də "yeganə uzunmüddətli həll yolu" ölkədə rejimin dəyişdirilməsidir, Tehranla saziş bağlamaq isə istənilən nəticəni verməyəcək.

"ABŞ və müttəfiqlərinin maraqlarını qorumaq üçün administrasiya İrandan gələn nüvə təhdidini kənarlaşdırmalı, onun terror potensialını və iqtisadi şantaj imkanlarını məhv etməlidir. Buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil bunun üçün rejimin dəyişdirilməsi zəruridir", - deyə Bolton qeyd edib.

Onun sözlərinə görə, Tramp administrasiyası İrandan gələn terror və iqtisadi təhdidləri prioritet hesab etmir, "nüvə silahı ətrafındakı müzakirələr" isə hazırda "çox məhduddur". Bolton yazıb ki, Trampın diqqəti İrandan yüksək səviyyədə zənginləşdirilmiş uranın çıxarılmasına yönəlib. Lakin sabiq müşavir əmindir ki, "bu, kifayət deyil".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
redaktor.az

2Mənbələr