AZ

​Dünyada ən çox qol vuran futbolçu odur -

Dünyada ən çox qol vuran futbolçu Kriştiano Ronaldodur. Portuqaliyalı ulduz illərdir həm klub, həm də milli komandada vurduğu qollarla futbol tarixində xüsusi yer tutur. Metbuat.az xəbər verir ki, Ronaldo karyerası boyunca “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid”, “Yuventus” kimi komandaların şərəfini qoruyub. O, hazırda Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edir. Rəsmi oyunlarda 850-dən çox qol vurduğu üçün ən məhsuldar hücumçu sayılır. Yoldaşlıq görüşlərində vurduğu qolları nəzərə alanda, bu rəqəm 1000 olur. Ronaldo milli komandada da Portuqaliyanın ən vacib simasıdır. O, həmçinin Çempionlar Liqasının ən çox qol vuran futbolçularından biridir.

Siyahıda ikinci pillədə Lionel Messi yer alır və onun karyerası ərzində 800-dən çox qolu var. Üçüncü sırada isə braziliyalı əfsanə Pele qərarlaşıb; onun adına rəsmi oyunlarda 700-dən çox qol yazılıb. Bu futbolçular tarixə adlarını ən məhsuldar bombardirlər kimi həkk ediblər.

Seçilən
11
42
metbuat.az

10Mənbələr