AZ

İsrail ordusu Livanda 16 kəndin sakinlərinə evlərini tərk etmək əmri verib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Terror təşkilatı “Hizbullah” atəşkəs razılaşmasını pozur və biz buna qarşı qətiyyətli tədbirlər görməyə məcburuq”

Livanın cənubundakı Nəbati əyalətindəki 16 kəndin sakinləri İsrail ordusundan yaxınlaşan hava hücumları səbəbindən dərhal təxliyə olunmaq əmri alıblar. AYNA.AZ xəbər verir ki, bu barədə ordunun sözçüsü Aviçay Edri “X”də yazıb.

Bildirib ki, ““Hizbullah”ın döyüşçüləri yuxarıda qeyd olunan kəndlərdən silahlı hücumlar həyata keçirmək üçün istifadə edirlər”.

"Terror təşkilatı “Hizbullah” atəşkəs razılaşmasını pozur və biz buna qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də, təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Səidə şəhərinə doğru hərəkət etməlisiniz", Edri vurğulayıb.

Edri deyib ki, ““Hizbullah” döyüşçülərinin, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatlarını təhlükəyə atır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
ayna.az

1Mənbələr