Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi bu il də abituriyentlər və valideynlər arasında geniş müzakirə mövzusu olub. İmtahanların çətinlik səviyyəsi, sualların strukturu və nəticələrin keçən illərlə müqayisəsi təhsil prosesinin ümumi gedişinə dair mühüm göstərici kimi qiymətləndirilir və bu dəyişikliklər qəbul ballarına da birbaşa təsir göstərir. Bəs, bu ilin imtahan nəticələri əvvəlki illərlə necə fərqlənib?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən zonalar üzrə imtahanların nəticələri artıq açıqlanıb və məlumata görə, martın 9-da keçirilən imtahanda 2 nəfər maksimum nəticə, 300 bal toplayıb."Martın 15-də keçirilən imtahanda isə 9 nəfər bu göstəriciyə nail olub. Ümumilikdə 11 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Son illərlə müqayisə aparıldıqda fərqli mənzərə ortaya çıxır. Pandemiya dövrü istisna olmaqla, son 5–6 ilin göstəricilərində dəyişikliklər müşahidə olunur. 2020–2022-ci illərdə maksimum nəticə göstərənlərin sayı 2–3 nəfər olub. 2023-cü ildə isə ümumiyyətlə 300 bal toplayan olmayıb. 2024-cü ildə bu göstərici 53 nəfərə yüksəlib, 2025-ci ildə təxminən 44 nəfər olub, 2026-cı ildə isə 9 nəfər qeydə alınıb. Rəqəmlərə əsasən, əvvəlki illərdə nəticələrin zəif olması ictimai müzakirələrə səbəb olub və bu, Dövlət İmtahan Mərkəzi üzərində müəyyən təzyiqlər yaradıb. Sonrakı illərdə kurikulum standartlarına uyğunlaşdırılmış sualların tətbiqi nəticəsində yüksək nəticələrin artdığı qeyd olunur. Xüsusilə regionlardan olan şagirdlərin bu nəticələrdə önə çıxdığı bildirilir".Ekspert bildirib ki, Bakı və Bakıətrafı bölgələrdə isə daha çox əlavə hazırlıq və repetitor xidmətlərindən istifadə edildiyi, Dövlət İmtahan Mərkəzinin materiallarına əsaslanan hazırlıqların geniş yayıldığı vurğulanır."Bununla yanaşı, bəzi şagirdlərin yüksək buraxılış nəticəsi göstərməsinə baxmayaraq, növbəti mərhələdə zəif nəticə göstərdiyi halların olduğu qeyd edilir. Bu isə təhsil prosesində kəskin dəyişikliklərin qısa müddətdə baş verməsinin real olmadığını göstərir və əsas səbəb kimi sualların mürəkkəblik səviyyəsi göstərilir. Eyni zamanda bu il nəticələrə görə əsas tənqidlərin repetitorlara və hazırlıq müəllimlərinə yönəldiyi bildirilir. Onların keçirdiyi hazırlıq prosesində şagirdlərin daha yüksək nəticə göstərməsi, lakin rəsmi imtahanlarda fərqli nəticə əldə etməsi müzakirə mövzusu olub. Bəzi müzakirələrdə isə 2027-ci ildən etibarən xarici dildən esse tipli sualların daxil ediləcəyi və bunun qiymətləndirmə prosesini daha da çətinləşdirəcəyi qeyd olunur. Açıq tipli sualların yoxlanılması üçün uzun vaxt tələb olunur və bu, nəticələrin elan edilməsini gecikdirir. Yeni format tətbiq olunarsa, abituriyentlərin nəticələri daha uzun müddət gözləməli olacağı ehtimal edilir".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.