AZ

“Mançester Siti”nin müdafiəçisi Con Stounz mövsümün sonunda komandadan ayrılır

"Mançester Siti" klubunun mərkəz müdafiəçisi Con Stounz cari mövsümün sonunda komandadan ayrılacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərəli futbolçu 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, həmin vaxt “Everton” klubundan 55 milyon avro qarşılığında transfer olunmuşdu.

Stounz “şəhərlilər”in heyətində bütün turnirlərdə 293 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

31 yaşlı müdafiəçi “Mançester Siti” ilə ümumilikdə 19 kubok qazanıb. Onların arasında 6 İngiltərə Premyer Liqası çempionluğu, 2 İngiltərə Kuboku və UEFA Çempionlar Liqası titulu da var.

Seçilən
92
90deqiqe.az

1Mənbələr