AZ

Nə Ali Koç, nə də Sadettin Saran "Fənərbağça" başqanı olmaq istəmir

Nə Ali Koç, nə də Sadettin Saran "Fənərbağça" başqanı olmaq istəmir

“Fənərbağça” idman klubu 6-7 iyun tarixində növbədənkənar seçki qurultayının baş tutacağını rəsmən elan edib.

Klubun sükanı arxasına keçmək üçün hazırda üç əsas iddiaçının – Mehmet Ali Aydınlar, Hakan Safi və Barış Göktürkün adları ön plana çıxır. Artıq fəaliyyətə başlayan namizədlər öz komandalarını formalaşdırmaq üçün idarə heyəti siyahıları üzərində intensiv iş aparırlar.

Maraqlıdır ki, camiənin tanınmış simaları olan keçmiş başqanlar Aziz Yıldırım, Ali Koç və hazırkı başqan Sadettin Saranın bu yarışda iştirak etmək planı yoxdur. Xüsusən Saranın kənara çəkilməsi klubda yeni bir eranın siqnalı hesab olunur.

Xatırladaq ki, “Qalatasaray”la oyundakı uğursuzluqdan sonra “Fənərbağça” klubu baş məşqçi Domeniko Tedesko ilə yolları ayırıb. Yaranmış vəziyyət yeni seçkilərin keçirilməsini qaçılmaz edib.

Seçilən
60
afn.az

1Mənbələr