Yeni dizayn ölkənin 250 illiyi ilə bağlı hazırlanır, lakin plan hələ təsdiqlənməyib...
ABŞ Dövlət Departamenti ölkənin 250 illiyi münasibətilə Amerika pasportlarının yeni dizaynı üzərində işi yekunlaşdırır.
Poliqon xəbər verir ki, bu barədə The Bulwark nəşri məlumat yayıb. Bildirilir ki, sənədin tərtibatına ABŞ Prezidenti Donald Trampın təsvirinin daxil edilməsi ehtimalı nəzərdən keçirilir.
Məlumata görə, 25 min nüsxədən ibarət məhdud tirajın buraxılması planlaşdırılır. Layihədə pasportun daxili səhifələrində ənənəvi təsvirlərin əvəzinə Trampın portreti və imzasının yerləşdirilməsi nəzərdə tutulur.
Ekspertlər bu təşəbbüsü presedentsiz adlandırırlar. Onların fikrincə, müasir pasportlarda fəaliyyətdə olan dövlət başçılarının təsvirlərindən istifadə olunması qəbul edilmiş praktika deyil.
Hazırda plan yekun təsdiq mərhələsini gözləyir. Trampın portretinin pasportun son dizaynına daxil ediləcəyi ilə bağlı isə hələlik rəsmi təsdiq yoxdur.
Poliqon.info