Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub...
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya monarxı Kral III Karlın birgə fotosunu yayımlayıb.
Poliqon xəbər verir ki, yayılan görüntü “iki kral” ifadəsi ilə təqdim olunub. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, bəzi istifadəçilər bu ifadəni simvolik və yumoristik yanaşma kimi qiymətləndirsə də, digərləri bunu qeyri-adi və mübahisəli adlandırıb.
Qeyd olunur ki, ABŞ prezidentinin rəsmi olaraq monarx statusu olmadığı üçün belə ifadələrin işlədilməsi diqqət çəkir və müxtəlif reaksiyalara səbəb olur.

Poliqon.info