Birləşmiş Ərəb Əmirlikləri Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) və OPEC+-dan çıxacağını açıqlayıb.Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Energetika və İnfrastruktur Nazirliyi açıqlama verib. Açıqlamada qərarın ölkənin uzunmüddətli strateji və iqtisadi vizyonuna, eləcə də dəyişən enerji profilinə uyğun olaraq qəbul edildiyi, daxili enerji istehsalına investisiyaların sürətləndirilməsinin əsas amil olduğu bildirilib.Bəyanatda əlavə edilib ki, BƏƏ OPEC-dən çıxdıqdan sonra tələb və bazar şərtlərinə uyğun olaraq tədricən və mütənasib şəkildə bazara əlavə istehsal tədarük etməyə davam edəcək.Qeyd edək ki, 1967-ci ildə Əbu-Dabi Əmirliyi vasitəsilə OPEC-ə qoşulan BƏƏ 1971-ci ildə ölkə qurulduqdan sonra üzvlüyünü qoruyub saxlayıb və qlobal neft bazarında sabitliyin təmin olunmasına fəal töhfə verib.