AZ

Kral III Karl ABŞ-ni Ukraynaya hərtərəfli dəstək vermyə çağırıb

Britaniya monarxı Konqresdə çıxışı zamanı Vaşinqton və Londonun “sarsılmaz qətiyyət” göstərməli olduğunu bildirib...

Böyük Britaniya kralı III Karl ABŞ Konqresində çıxışı zamanı Amerika və Böyük Britaniyanı Ukraynaya dəstək məsələsində “sarsılmaz qətiyyət” nümayiş etdirməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilir ki, kralın Ukrayna və Rusiyanın səbəbsiz təcavüzündən müdafiə üçün Kiyevə lazım olan dəstək barədə danışması ABŞ Prezidenti Donald Trampa ünvanlanmış daha bir mesaj kimi qiymətləndirilir.

CNN qeyd edir ki, Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra Kiyevə hərbi yardımın böyük hissəsini dayandırıb.

Kral III Karl Konqresdə bildirib ki, amerikalılar və britaniyalıların iki dünya müharibəsində, Soyuq müharibədə, Əfqanıstanda və ümumi təhlükəsizliyi müəyyən edən tarixi məqamlarda göstərdiyi “sarsılmaz qətiyyət” indi Ukrayna və onun cəsur xalqının müdafiəsi üçün lazımdır.

Onun sözlərinə görə, məqsəd Ukrayna üçün həqiqətən ədalətli və davamlı sülhün təmin olunmasıdır.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr