ABŞ prezidenti Donald Trampın reytinqində ciddi geriləmə qeydə alınıb.
Musavat.com xəbər verir ki, “Reuters/Ipsos” tərəfindən keçirilən son sorğunun nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın fəaliyyətinə dəstək səviyyəsi 34 faizə enib. Bu göstərici onun hazırkı prezidentlik dövründə ən aşağı səviyyə hesab olunur.
Sorğuda qeyd olunur ki, reytinqin aşağı düşməsinin əsas səbəbləri kimi ölkədə yaşayış xərclərinin artması və ABŞ-ın İranla münasibətlərində gərginliyin yüksəlməsi göstərilir. Respondentlərin əhəmiyyətli hissəsi iqtisadi vəziyyətdən narazılıq ifadə edib.
Ekspertlərin fikrincə, həm daxili sosial-iqtisadi problemlər, həm də xarici siyasətdə artan risklər Tramp administrasiyasına ictimai dəstəyin azalmasına səbəb olur.
Musavat.com