İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. "Terror aktları planlaşdıran muzdlu və terrorçu qruplaşmaların agentlərinə qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib və əlavə edilib ki, 4 nəfər həbs olunub: "Bu əməliyyat zamanı Kalaşnikov avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb".
Mətləb
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta