ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi şərəfinə Amerika pasportları üçün yeni dizayn üzərində işləyir.
Bakıvaxtı.az xəbər verir ki, "The Bulwark" qəzetinin məlumatına görə, sənəddə Donald Trampın şəkli ola bilər.
25.000 nüsxədən ibarət məhdud sayda nəşr nəzərdən keçirilir. Dizaynda ənənəvi şəkillərin əvəzinə Trampın portretinin və imzasının pasportun içərisinə yerləşdirilməsi təklif olunur.
Mütəxəssislər bu təşəbbüsü misli görünməmiş addım adlandırırlar, çünki müasir pasportlar adətən hakimiyyətdə olan dövlət başçılarının şəkilləri ilə dizayn edilmir. Plan hazırda yekun təsdiq gözləyir. Trampın portretinin yekun dizayna daxil edilməsi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.