AZ

ÇL dəki hakim qərarı “Sabah” “Qarabağ” matçını yada saldı Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasında yarımfinal mərəhləsində baş tutan PSJ – “Bavariya” matçındakı (5:4) penalti qərarı sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı müzakirələrə yol açıb.

“Qafqazinfo” xəbər verir ki, oyunun 45-ci dəqiqəsində Usman Dembelenin cərimə meydançasında vurduğu zərbə Alfonso Deyvisin əlinə dəyib.

Baş hakim Sandro Şerer bu epizoddan sonra münxenlilərin qapısına penalti təyin edib.

Maraqlıdır ki, azarkeşlər həmin vəziyyəti Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş vermiş oxşar hadisə ilə müqayisə edirlər. Həmin vaxt “Qarabağ”ın futbolçusu Kamilo Duranın rəqib cərimə meydançasında vurduğu zərbənin “Sabah”ın legioneri Velko Simiçin əlinə dəydiyi iddia olunmuş və Ağdam təmsilçisi penalti tələb etmişdi. Lakin həmin vaxt baş hakim Rəvan Həmzəzadə oyunu davam etdirmiş, bu qərar isə “Köhlən atlar”ın kəskin narazılığına səbəb olmuşdu.

Qeyd edək ki, sözügedən qarşılaşmada Masazır təmsilçisi 2:1 hesabı ilə qələbə qazanaraq adını finala yazdırmağı bacarmışdı. İndi isə sosial şəbəkə istifadəçiləri hər iki görüntünü qarşılaşdıraraq, eyni tipli epizodlarda hakimlərin verdiyi fərqli qərarları müzakirə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
1
qafqazinfo.az

2Mənbələr