AZ

Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...

Sarıkökə parlaq sarı rəng verən aktiv birləşmə - kurkumin diabet zamanı damarları zədələnmədən qoruya bilər.

Publika.az xəbər verir ki, "American Physiology Summit 2026" (APS2026) konfransında tədqiqatçılar bu barədə məruzə ilə çıxış ediblər.

Alimlər heyvanlar üzərində aparılan sınaqlarda kurkuminin 1-ci tip diabetə yüksək şəkər səviyyəsinin damarları tədricən zədələdiyi və ürək-damar fəsadları riskini artırdığı xəstəliyə təsirini öyrəniblər. Artıq bir aydan sonra kurkumin qəbul edən siçovulların damarlarının vəziyyəti nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı olub.

Analizlər göstərib ki, bu maddə iltihabı azaldır, damar hüceyrələrinin işini bərpa edir və toxumaların qorunmasında mühüm rol oynayan HSP70 zülalının balansını normallaşdırır. Həmçinin damar divarında kalsiumun tənzimlənməsinin yaxşılaşması da müşahidə olundu ki, bu da damarların elastikliyinə və tonusuna təsir edən əsas mexanizmdir.

Seçilən
37
publika.az

1Mənbələr