AZ

Yağışa görə hava limanı yolunda sürət həddi endirilib

Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saatadək azaldılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi yerləşdirilib.

Qurum sürücülərə müəyyən olunmuş sürət həddinə ciddi riayət etməyi tövsiyə edir.

Seçilən
23
4
anews.az

10Mənbələr