AZ

Rusiyada hərbi paradda hərbi texnikalar olmayacaq

Rusiya Müdafiə Nazirliyi 9 may tarixində Qırmızı Meydanda keçiriləcək hərbi paradın proqramının qısaldıldığını açıqlayıb.


Rəsmi məlumata görə, qərar “mövcud əməliyyat vəziyyəti ilə əlaqədar” qəbul edilib və bu il paradda hərbi texnika kolonu iştirak etməyəcək. Nazirlik belə bir addımın səbəblərini detallı şəkildə açıqlamayıb.


Bildirilib ki, həmçinin Suvorov və Naximov hərbi məktəblərinin kursantları, eləcə də kadet korpusunun təlimçiləri də paradda iştirak etməyəcəklər.


Bu, Rusiyanın Ukraynaya hücumdan sonra ilk dəfədir ki, 9 May paradında hərbi texnika nümayiş olunmayacaq.


Nazirlik qeyd edib ki, paradın aviasiya hissəsi plan üzrə keçiriləcək. Bu çərçivədə akrobatika nümayiş qruplarının təyyarələri Qırmızı Meydan üzərindən uçacaq, sonda isə Su-25 qırıcıları Moskva səmasında Rusiya bayrağının rənglərini formalaşdıracaq.

Gülnar 

Seçilən
71
2
anews.az

3Mənbələr