AZ

Azərbaycanda süni intellekt əsaslı ilk multifunksional “alış elanları” platforması

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda yeni texnologiyalar əsasında fəaliyyət göstərən ilk multifunksional “alış elanları” platforması TENDERYARD.COM fəaliyyətə başlayıb.

Platforma istifadəçiləri bundan sonra gündəlik olaraq həm satmaq, həm də almaq istədikləri 1700-dən artıq kateqoriyaya aid mal, məhsul, daşınar və daşınmaz əmlak, iş və xidmətlər üzrə öz elanlarını yarada biləcəklər. Platforma ona tətbiq edilmiş yeni texnologiyalar sayəsində hər kəsin - insanların, sahibkarların öz satış və alış ehtiyaclarının sürətli reallaşdırılması üçün vaxt itkilərinin qarşısının alınması məqsədilə yaradılıb.

Platforma tətbiq edilmiş ağıllı texnologiyalar sayəsində aşağıdakı fərqli xüsusiyyətlərə malikdir:

- Ağıllı bildiriş sistemi. Alış elanları ilə satış elanları sistem tərəfindən uyğunlaşdırılır, ağıllı bildiriş sistemi tərəflərə (alıcı və satıcıya) bu barədə bildiriş göndərməklə alıcı və satıcını əlaqələndirir. Bu xüsusiyyət insanları müxtəlif platformaların axtarış sistemlərindəki vaxt itkisindən azad etmiş olur.

- Kateqoriyasız elan. Tətbiq edilmiş texnologiya elan predmetinə görə aid olduğu kateqoriyanı avtomatik olaraq müəyyən edir. Bu funksiya insanları elan yaradarkən elanının aid olduğu kateqoriyanı müəyyən etmə çətinliyindən azad etmiş olur.

- Toplu elan (Excel ilə). Pərakəndə və topdan satış müəssisələri satdıqları və aldıqları minlərlə adda mal və məhsullar üzrə elanları bir anda toplu şəklində (məhsul siyahısı üzrə) yarada bilərlər. Bu zaman həmin mal və məhsulların təsvir və şəkilləri tətbiq edilmiş süni intellekt tərəfindən avtomatik olaraq yaradılmış olur.

- Süni intellektlə elan. Süni intellektlə elan yaradarkən platformada məhsul xüsusiyyətlərinə aid xanaların doldurulmasına ehtiyac qalmır. Bir cümlədə ifadə olunmuş bütün xüsusiyyətlər elanı avtomatik olaraq yaradır. Məhsulun xüsusiyyətinə görə şəkli, şəklinə görə isə xüsusiyyətləri sistem tərəfindən avtomatik olaraq müəyyən edilir. Bu xüsusiyyət istifadəçilərə yalnız şəkil əsasında elan yaratmaq imkanı da verir.

- Əmlak alıcı və satıcıları üçün məhz istədikləri konkret binanın şəkli və lokasiyası əsasında təyin edilmiş elanların müəyyən edilməsi. Bu funksiya məhz istədiyiniz bina üzrə əmlak satıcısının və ya alıcısının mövcudluğunu müəyyən edir və tərəflərə bildiriş göndərir.

- Qrammatik redaktə düyməsi. İstifadəçilər elan mətnlərindəki qrammatik səhvləri müvafiq düymədən istifadə etməklə avtomatik qaydada düzəldə bilərlər.

- Filtrlə və bildiriş al. İstifadəçilər bu funksiyadan istifadə edərək, yalnız konkret kateqoriyadan olan elanlar və ya yalnız konkret mal, məhsul, xidmət və s. üzrə filtrlənmiş çərçivədə yaradılmış elanlar barədə bildiriş ala bilərlər (Kateqoriya seçimini və filtrləməni sistemdə yadda saxlamaqla).

- Reels (video) elan. İstifadəçilər digər sosial şəbəkələrdə olduğu kimi, öz satış elanlarını videoçəkiliş materialları əsasında da yerləşdirə bilərlər.

- Səslə və şəkillə axtarış. Səsli İdarəetmə Sistemi. Elanlar səslə və yalnız şəkillə də axtarıla bilir.

- Qlobal bazarlar üzrə axtarış motoru. Bu funksiya istifadəçilərə axtardıqları mallar üzrə müxtəlif qlobal saytların axtarış sistemində vaxt itkilərinə son qoyur.

- Yaradılmış elanların multilinqvistik sinxronlaşdırılması. Bu funksiya xarici istifadəçilərə ölkəmizdə yaradılmış elanlara öz dillərində filtrləməklə axtarış və baxılma imkanı yaratmaqla bərabər, ölkəmizdə olan istifadəçilərə də, digər ölkələrdə olan elanlara Azərbaycan dilində axtarış və baxmaq imkanı yaradır.

- Tətbiqdaxili messencer sistemi. İstfadəçilər tətbiqdaxili bir-biri ilə yazılı və səsli mesajlaşa, səsli və görüntülü zəngləşə bilərlər.

- Chat-bot Platformaya tətbiq edilmiş chat-bot istifadəçilər üçün platformadaxili naviqasiyanı təmin edir.

Gündəlik alış və satış ehtiyaclarının sürətli təmini üçün bütün vətəndaşları və sahibkarları platformanın imkanlarından istifadə edərək yararlanmağa dəvət edir, axtardıqları üzrə “Alış elanı”, təklifləri üzrə isə “Satış elanı” yaratmağa dəvət edirik.

TENDERYARD!!! Axtardıqlarınız sizi tapacaq!!!

Daha ətraflı məlumat almaq üçün:

Web

Facebook

İnstagram

Tiktok

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
qafqazinfo.az

1Mənbələr