AZ

Xərçəngin erkən əlamətləri hansılardır? Həkimdən açıqlama

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xərçəngin erkən aşkarlanması üçün ən vacib addım davamlı simptomlara diqqət yetirmək və vaxtında müayinədən keçməkdir.

Redaktor.az xəbər verir ki, bunu lenta.ru-ya açıqlamasında tibb elmləri doktoru Dmitri Bulanov bildirib.

Həkimin sözlərinə görə, bütün xərçəng növlərini eyni anda aşkar edən universal analiz mövcud deyil. Adətən ilkin müayinə terapevt və ya ailə həkimi tərəfindən aparılır. Daha sonra ehtiyac olduqda xəstə digər mütəxəssislərə yönləndirilir.

Bulanov bildirib ki, uzun müddət keçməyən halsızlıq, səbəbsiz çəki itkisi, davamlı öskürək, səsdə xırıltı, nəcisdə və ya sidikdə qan, döşdə şişkinlik, sağalmayan yaralar və sürətlə dəyişən xal kimi əlamətlər diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssis qeyd edib ki, xərçəngin erkən aşkarlanması üçün mammoqrafiya, HPV testi, kolonoskopiya və aşağı dozalı KT kimi müayinələrdən istifadə olunur. Qəti diaqnoz isə yalnız biopsiya ilə təsdiqlənir.

Həkim insanlara müayinələri gecikdirməməyi, ailə xəstəlik tarixçəsini bilməyi, siqaretdən uzaq durmağı və kiçik simptomları belə nəzərə almağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
redaktor.az

2Mənbələr