AZ

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

Rusiya 2026-cı ildə ordusuna təxminən 20 minə yaxın xarici vətəndaşın cəlb olunmasını planlaşdırır. Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə bağlı mənbələr məlumat yayıb. Nazirlikdən bildirilib ki, Rusiya xüsusilə miqrantlar arasında hərbi xidmətə cəlbetmə fəaliyyətini gücləndirib. Məlumata görə, ölkənin bütün federal dairələrində 18-60 yaş arası xarici kişilərin sayı müəyyənləşdirilməsi üçün yoxlamalar aparılıb. Eyni zamanda qeyd olunur ki, Rusiya hərbi komissarlıqlarına konkret planlar təqdim olunub. Bu planlara əsasən, hər regionda yaşayan xarici əhalinin 0,5%-dən 3,5%-nə qədər hissəsinin orduya cəlb edilməsi hədəflənir. Ümumilikdə isə 2026-cı ildə azı 18 500 xarici vətəndaşın hərbi xidmətə cəlb olunması nəzərdə tutulur.

Aydın

Seçilən
87
1
bakivaxti.az

2Mənbələr